IMG-LOGO

Polşa SAFE çərçivəsində ilk olaraq 6,6 milyard avro alıb

29 May 2026 17:56 2 baxış
IMG

Polşa Avropa müdafiə mexanizmi SAFE çərçivəsində 6,6 milyard avro məbləğində ilk ödənişi alaraq, bu proqram üzrə maliyyələşmə əldə edən ilk Avropa İttifaqı dövləti olub.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu mayın 29-da Brüsseldə brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bəyan edib.

Vəsaitlər SAFE xətti üzrə Polşa üçün nəzərdə tutulmuş və 43,7 milyard avroya çatan ümumi maliyyələşmə həcminin 15 %-ni təşkil edir.

Avropa Komissiyasından bildirilib ki, avans ödənişi Varşavaya prioritet müdafiə investisiyalarını, silahlı qüvvələrin müasirləşdirilməsini və ümumavropa təhlükəsizlik vəzifələrinə uyğun olaraq dayanıqlılığın möhkəmləndirilməsini sürətləndirməyə imkan verəcək.

Mənbə: report.az

Xəbər lenti