IMG-LOGO

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

29 May 2026 14:50 4 baxış
IMG

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.

"Report"un məlumatına görə, bu barədə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"HƏMAS-ın döyüş qanadının "Qəzza" briqadasının komandirinin müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib", - məlumatda deyilir.

İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.

Mənbə: report.az

Xəbər lenti