IMG-LOGO

Yaponiyada zəlzələ baş verdi

05.04.2024 02:46 45 baxış
IMG

Yaponiya sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. 

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 174 min insanın yaşadığı Tomakomai şəhərindən (Hokkaydo adası) 105 km cənub-şərqdə, 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib

Xəbər lenti