Dağıstanın Kizlyar rayonunda yeniyetmə qız ehtiyatsızlıqdan pnevmatik tüfənglə özünü vurub.
Lent.az xəbər verir ki, bu barədə rayon prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Kizlyar rayonunda 2009-cu il təvəllüdlü qız pnevmatik tüfənglə ehtiyatsız davranıb, nəticədə baş nahiyəsindən yaralanıb”, - məlumatda deyilir.
Yeniyetmə xəstəxanaya yerləşdirilib.