IMG-LOGO

İordaniya, Belçika və İtaliyanın səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

27 May 2026 14:35 2 baxış
IMG

İordaniya, Belçika və İtaliyanın səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

"Report"un məlumatına görə, təbriklər diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.

İordaniyanın Azərbaycandakı səfirliyi bayramı qeyd edən hər kəsə təbriklərini çatdırıb, bu mübarək hadisənin sülh, harmoniya və bolluq gətirməsini arzulayıb.

Belçikanın Azərbaycandakı səfirliyi də dinc və sevinc dolu Qurban bayramı arzulayıb.

İtaliyanın Azərbaycandakı səfirliyi də təbrik dərc edib: "Qurban bayramınız mübarək!".

Mənbə: report.az

Xəbər lenti