IMG-LOGO

Qazaxıstanda "An-2" təyyarəsi qəzaya uğrayıb, ölən var

27 May 2026 11:20 2 baxış
IMG

Qazaxıstanda "An-2" təyyarəsi qəzaya uğrayıb, 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kazinform" Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, qəza bu gün, mayın 27-də Pavlodar vilayətinin Jelezinka kəndi yaxınlığında baş verib.

Qeyd olunub ki, qəzaya uğrayan təyyarə "Yüngül və ultrayüngül aviasiya istismarçıları" müəssisəsi tərəfindən istismar edilən "An-2" təyyarəsidir. Təyyarə ilə aviasiya-kimyəvi işlər yerinə yetirilirdi.

İlkin məlumata görə, təyyarə elektrik ötürücü xətlərə toxunub.

Göyərtədə 2 nəfər olub, onlardan biri qəza nəticəsində ölüb. İkinci pilotu xilasetmə işçiləri çıxarıblar, o sağdır.

Mənbə: report.az

Xəbər lenti