Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
"Qurban bayramınız mübarək! Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu bayram dünyamıza bolluq, xeyir-bərəkət və ünsiyyət sevinci gətirsin", - təbrikdə qeyd olunub.
Mənbə: report.az