IMG-LOGO

İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

27 May 2026 09:46 2 baxış
IMG

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib.

"Qurban Bayramınız mübarək! Bu mübarək gün münasibətilə qardaş Azərbaycan xalqına və bütün müsəlman dünyasına sülh, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy bu müqəddəs bayram birlik, mərhəmət və bölüşmə ruhunu daha da gücləndirsin. Qurban Bayramı sizə və ailələrinizə sağlamlıq, firavanlıq və ruzi-bərəkət gətirsin", - deyə paylaşımda qeyd edilib.

Mənbə: report.az

Xəbər lenti