IMG-LOGO

ABŞ-də kağız fabrikində partlayış baş verib, ölən və yaralananlar var

27 May 2026 07:32 4 baxış
IMG

ABŞ-nin Vaşinqton ştatında yerləşən kağız fabrikində baş verən partlayış və ardınca güclü kimyəvi maddə ilə dolu iri rezervuarın çökməsi nəticəsində azı bir nəfər həlak olub, doqquz nəfər isə itkin düşüb.

"Report"un "Associated Press"ə istinadən məlumatına görə, hadisə Lonqvyu şəhərindəki "Nippon Dynawave Packaging Co." müəssisəsində baş verib.

Rəsmi məlumatlara görə, içində təxminən bir milyon qallon (3,4 milyon litr) aşındırıcı maye olan rezervuar partlayıb və konstruksiya çöküb.

Sızma nəticəsində daha doqquz nəfər zərər çəkib, bəziləri ağır xəsarətlər alıb. Zərərçəkənlər arasında xilasetmə əməliyyatında iştirak edən yanğınsöndürən də olub. İnsanlarda yanıqlar və kimyəvi maddələrin udulması nəticəsində tənəffüs yollarının zədələnməsi qeydə alınıb.

Lonqvyu yanğınsöndürmə xidməti mayenin bir hissəsinin hələ də dağılmış rezervuarda qaldığını bildirib ki, bu da axtarış-xilasetmə işlərinin aparılmasını çətinləşdirir.

"Rezervuar hələ də qeyri-sabitdir və fövqəladə xidmətlər üçün təhlükəli şərait yaradır", - AP yanğınsöndürmə departamentinin bəyanatını diqqətə çatdırıb. Xilasedicilər əməliyyatı davam etdirmək üçün konstruksiyanı möhkəmləndirməyə çalışırlar.

Müvafiq xidmətlər hazırda hadisənin səbəblərini araşdırır.

Mənbə: report.az

Xəbər lenti