IMG-LOGO

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 05:40 3 baxış
IMG

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasından olan həmkarı Van İ ilə görüşündə müzakirə aparılıb.

"Nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edərək dinamik siyasi dialoqu, həmçinin ticarət, nəqliyyat, enerji, "yaşıl inkişaf", rəqəmsal transformasiya, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə genişlənən əməkdaşlığı vurğulayıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda qeyd olunub.

Bildirilib ki, nazirlər həmçinin regional və beynəlxalq hadisələr, eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Nazirlər hər iki ölkənin qarşılıqlı maraqları naminə Azərbaycan və Çin arasında hərtərəfli tərəfdaşlığa olan ortaq öhdəliklərini bir daha təsdiq ediblər.

Mənbə: report.az

Xəbər lenti