IMG-LOGO

XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır

26 May 2026 22:09 2 baxış
IMG

Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə, regional inkişaf və əməkdaşlıq üzrə ortaq məqsədlərimizin irəlilədilməsinə sadiq olaraq qalır.

"Report"xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorka səfəri çərçivəsində qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə görüşündə qeyd olunub.

"Nazirlər Azərbaycan-Qırğızıstan gündəliyinin əsas aspektləri, o cümlədən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

Mənbə: report.az

Xəbər lenti