IMG-LOGO

Azərbaycanda üç elm və mədəniyyət xadiminə Dövlət Mükafatı verilib

26 May 2026 16:47 3 baxış
IMG

Azərbaycanda elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycanın elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev – "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına gör

Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə – "Azərbaycan xalçası – ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.

Mənbə: report.az

Xəbər lenti