Köklü tarixlərinə baxmayaraq, Avropanın aparıcı futbol liqalarında bir çox klub 10 ildən çoxdur ki, çempionluq qazana bilməyib.
Lent.az-ın xəbərinə görə, “Arsenal” İngiltərə Premyer Liqasında 22 illik çempionluq qıtlığına son qoysa da, Avropa liqalarında bir çox böyük klub hələ də 10 ildən çoxdur ki, çempionluq qazana bilməyib.
“Mançester Yunayted” / İngiltərə Premyer Liqası
“Mançester Yunayted” “Liverpul” ilə birlikdə, ən çox Premyer Liqa tituluna (hər biri 20) sahib olan klubdur, lakin onların son liqa qələbəsi Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra 2012-2013 mövsümündə baş tutub.
“Mançester Yunayted” 13 ildir ki, Premyer Liqa titulundan məhrumdur.
“Fənərbaxça” / Türkiyə Super Liqası
“Fənərbaxça” Super Liqa çempionluq kubokunu sonuncu dəfə 2013-2014 mövsümündə qazanıb.
İstanbul klubu son 12 mövsümdə çempionluğu qazanmayıb.
“Lion” və “Marsel” / Fransa Liqa 1
2000-ci illərin əvvəllərində Fransa Liqa 1-də dominantlıq edən və ardıcıl 7 dəfə çempionluq qazanan "Olimpik Lion" sonuncu dəfə liqanı 2007-2008 mövsümündə qazanıb.
PSJ komandasının son dövrlərdəki dominantlığı səbəbindən “Lion”un çempionluq həsrəti 18 ilə çatıb.
Fransanın ən qədim klublarından biri olan "Olimpik Marsel" sonuncu dəfə 2009-2010 mövsümündə Didye Deşamın rəhbərliyi altında Liqa 1-i qazanıb.
"Olimpik Marsel" 16 mövsümdür ki, Liqa 1 titulunu qazana bilməyib.
Dortmund “Borussiya”, “Verder” Bremen və “Stuttgart” / Almaniya Bundesliqa
“Borussiya" sonuncu dəfə Bundesliqa titulunu 2011-2012 mövsümündə Yurgen Kloppun rəhbərliyi altında qazanıb.
Son illərdə Bundesliqa “Bavariya”nın dominantlığı altındadır və Dortmund təmsilçisi 14 ildir ki, kuboksuz qalıb.
“Verder” də 2003-2004 mövsümündən bəri Bundesliqa titulunu qazana bilməyib.
"Ştutqart" sonuncu dəfə liqa titulunu 2006-2007 mövsümündə qazanıb.
“Roma” və “Latsio” / İtaliya A Seriyası
İtaliyanın A Seriyasında “Roma”, Françesko Tottinin liderliyi altında qələbə qazandığı 2000-2001 mövsümündən bəri liqa titulunu qazana bilməyib. “Roma” 25 ildir ki, A Seriyası çempionluğuna həsrət qalıb.
Digər tərəfdən, “Latsio” sonuncu dəfə liqa titulunu minilliyin əvvəlində, 1999-2000 mövsümündə qazanıb və 26 mövsümdür çempion olmayıb.
Son illərdə “Roma” və “Latsio” Seriya A titulunu qazana bilməsələr də, “İnter”, “Yuventus”, “Milan” və “Napoli” çempionluq qələbələrini qeyd ediblər.
“Valensiya” / İspaniya La Liqası
“Valensiya”, “Real”, “Barselona” və “Atletiko”dan başqa İspaniya La Liqası titulunu qazanan azsaylı komandalardan biridir. Onların son çempionluğu Rafael Benitesin rəhbərliyi altında 2003-2004 mövsümündə baş tutub.
“Valensiya” 22 mövsümdür ki, La Liqa tituluna həsrətdir.
İdman xəbərləriMənbə: lent.az