IMG-LOGO

Zəkiyə İğil: Afrikanı yardım alan tərəf kimi deyil, strateji tərəfdaş kimi qəbul etmək lazımdır

25 May 2026 12:42 3 baxış
IMG

Afrikaya artıq yalnız yardım prizmasından baxılmamalıdır - daha çox, strateji tərəfdaş və imkanlar qitəsi kimi baxılmalıdır.

"Report" xəbər verir ki, bu barədə Əlcəzairin Azərbaycandakı səfiri Zakiya İğil Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar" tədbirində bildirib.

Diplomatın sözlərinə görə, Afrikanın gələcək nüfuzu regiondaxili ticarətin genişləndirilməsindən, hərəkətin asanlaşdırılmasından və Afrika Qitə Azad Ticarət Zonası mexanizmlərinin daha fəal tətbiqindən asılı olacaq:

"Nəqliyyat dəhlizlərinin, logistikanın, energetikanın və rəqəmsal infrastrukturun inkişafı Afrikanın rəqabətqabiliyyətinin və iqtisadi inteqrasiyasının artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bununla belə, iqtisadiyyatın şaxələndirilməsi və sənayenin inkişafı əsas vəzifələr olaraq qalır".

Diplomatın sözlərinə görə, qitənin zəngin təbii resursları sənaye artımına, innovasiyalara və yüksək əlavə dəyərli məhsulların yaradılmasına təkan verməlidir.

Səfir vurğulayıb ki, sülh, sabitlik və səmərəli idarəetmə dayanıqlı inkişafın təməli olaraq qalır, Afrika liderliyinə əsaslanan qərarlar isə xüsusilə uzunsürən böhranların olduğu regionlarda təhlükəsizliyin təmin edilməsində həlledici rol oynayır.

Mənbə: report.az

Xəbər lenti