IMG-LOGO

Elçin Babayev: Azərbaycan və Afrika ölkələri təhsil sahəsində əməkdaşlığı genişləndirir

25 May 2026 10:28 2 baxış
IMG

Azərbaycan və Afrika ölkələri son illərdə ali təhsil, elmi tədqiqatlar, diplomatiya və gənclərin mübadiləsi sahələrində əməkdaşlığı fəal şəkildə genişləndirirlər.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda deyib.

Onun sözlərinə görə, universitet Azərbaycan və Afrika ölkələri arasında məzmunlu dialoq və uzunmüddətli tərəfdaşlıq üçün mühüm platformaya çevrilmiş konfransda iştirak etməkdən qürur duyur.

Rektor xatırladıb ki, ötən il universitet Cənubi Afrika Respublikasının ali təhsil və kadr hazırlığı nazirinin müavini Namusa Tubanyukuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səfər zamanı tərəflər birgə magistratura və doktorantura proqramlarının yaradılması, akademik mobilliyin, rəqəmsal təhsilin və elmi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

"Bu səfər nümayiş etdirib ki, məsafəyə baxmayaraq, universitetlərimiz və cəmiyyətlərimiz bir çox ortaq istəkləri - gənclərə sərmayə qoyulmasını, keyfiyyətli təhsilə əlçatanlığın genişləndirilməsini və innovasiyalara əsaslanan inkişafı bölüşür", - E.Babayev bildirib.

O həmçinin qeyd edib ki, Bakı Dövlət Universiteti Asiya və Afrikanın öyrənilməsi sahəsində dərin akademik ənənələrə malikdir: "Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri kafedrasının tarixi bir əsrdən çoxdur".

Mənbə: report.az

Xəbər lenti