IMG-LOGO

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 50-dən çox şəxs yaralanıb

24 May 2026 10:36 3 baxış
IMG

Mayın 24-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu zamanı iki nəfər həlak olub, 56 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.

"Düşmənin paytaxta kütləvi hücumu nəticəsində həlak olanların sayı ikiyə çatıb. 56 nəfər xəsarət alıb. Həkimlər ikisi uşaq olmaqla (orta ağır vəziyyətdə), 30 yaralını xəstəxanaya yerləşdiriblər. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır", - o yazıb.

Onun sözlərinə görə, paytaxtın bir sıra rayonlarında yanğınlar qeydə alınıb. Xilasedicilər zərbələrin fəsadlarını aradan qaldırmağa davam edirlər.

Mənbə: report.az

Xəbər lenti