IMG-LOGO

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

24 May 2026 08:23 4 baxış
IMG

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

"Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-cı il üçün nəzərdə tutulan işə qəbul hədəflərinə çatıb və hərbçilərin hazırkı sayı 1,8 milyon nəfərdir.

Mənbə: report.az

Xəbər lenti