IMG-LOGO

Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib

24 May 2026 06:24 4 baxış
IMG

Mayın 23-də Venesuela paytaxtı Karakas şəhərində ABŞ səfirliyinin təhlükəsizliyini təmin etmək üçün hərbi cavab təlimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə Karakasdakı Amerika diplomatik missiyası sosial mediada məlumat yayıb.

Qeyd olunub ki, bu cür tədbirlər ordunun fövqəladə hallarda tez reaksiya verməyə hazırlığını yoxlamaq məqsədi daşıyır.

Təlim zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "V-22 Ospreys" olduğu güman edilən təyyarə, Karakasın şərq hissəsi üzərindən uçaraq diplomatik nümayəndəliyin ərazisinə eniş edib.

Venesuela hakimiyyəti əvvəllər ABŞ səfirliyinin xahişi ilə təlimlərə icazə verdiklərini açıqlayıb. Manevrlər təbii fəlakətlər və tibbi təcili yardım hallarında mümkün təxliyələrə hazırlıq kimi təqdim edilib.

Mənbə: report.az

Xəbər lenti