IMG-LOGO

Mikayıl Cabbarov U15 Avropa çempionatında qızıl medal qazanan idmançını təbrik edib

23 May 2026 20:06 2 baxış
IMG

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.

"Report" xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:

"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".

Mənbə: report.az

Xəbər lenti