Samuxda kişi 20 metr dərinliyində quyuya düşüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Çobanabadlı kəndində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 38 yaşlı Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Hadisələr FHNMənbə: lent.az