Stokholmun cənubunda üç nəfər odlu silahdan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İsveç mediası xəbər verir.
Bütün zərər çəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır yaralanıb.
Mövcud məlumatlara görə, villalardan birində münaqişə nəticəsində iştirakçılardan biri silah tətbiq edib. Polis qətlə cəhdə görə şübhəli kimi bir kişini saxlayıb.
Mənbə: report.az