IMG-LOGO

Pivə içəndən sonra qadına spirli içki ömürlük qadağan olundu

23 May 2026 16:02 3 baxış
IMG
0 0

Başqırdıstanın paytaxtı Ufada bir qadın spirtli içki məclisindən sonar həyatı üçün təhlükəli vəziyyətlə xəstəxanaya düşüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, qadının sözlərinə görə, mayın əvvəlində dostları ilə birlikdə təxminən yarım litr pivə və müəyyən miqdarda şərab içib. Onun dediyinə görə, spirtli içki yüksək keyfiyyətli olmayıb, lakin həmin an özünü pis hiss etməyib. Gecə saatlarında onda bir neçə saat davam edən güclü qusma başlayıb.

Səhərə yaxın qadının vəziyyəti qəfil pisləşib: güclü ürəkbulanma ilə yanaşı dözülməz baş ağrısı, şüurun qarışması, hərəkət koordinasiyasında ciddi problemlər və güclü yuxululuq yaranıb. Narahat olan yaxınları təcili tibbi yardım çağırıb və qadın təcili şəkildə şəhər xəstəxanasına aparılıb.

Müayinələrdən sonra həkimlər pasiyentə etanol zəhərlənməsi nəticəsində yaranmış, nevroloji pozuntularla müşayiət olunan toksik ensefalopatiya diaqnozu qoyublar.

Həkimlər bildiriblər ki, qadının orqanizmi alkoqolu emal edə bilməyib. Uzun sürən və güclü qusma nəticəsində onda ağır susuzlaşma və su-elektrolit balansının kritik pozulması yaranıb. Bu da beyin ödeminin inkişafına səbəb olub.

Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri isə qadında bir neçə il əvvəl baş verən yüksək kəllədaxili təzyiq olub. Həkimlərin sözlərinə görə, bu, intoksikasiyaya qarşı belə ağır reaksiyanın yaranmasında əlavə risk faktoru sayılıb.

Qadın bir həftə ərzində stasionarda həkim nəzarəti altında intensiv müalicə alıb: ona damcı sistemi və müxtəlif inyeksiyalar tətbiq olunub. Hazırda vəziyyəti stabilləşdiyi üçün evə buraxılıb, lakin müalicəsi davam edir. Ona bir ay ərzində beynin fəaliyyətinin bərpası və damarların möhkəmləndirilməsi üçün xüsusi preparatlar qəbul etmək tapşırılıb.

Həkimlər ona qəti xəbərdarlıq ediblər ki, bundan sonra hətta çox az dozada belə alkoqol onun üçün tam əks-göstərişdir. Bu qadağanın pozulması sağlamlıq və həyat üçün ciddi, geri dönməz nəticələr yarada bilər.

pivə spirtli içki qadın xəsətlik şərab zəhərlənmə

Mənbə: lent.az

Xəbər lenti