IMG-LOGO

Vuçiç mayın 24-28-də Çinə səfər edəcək

23 May 2026 16:01 3 baxış
IMG

Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 24-28-də Çinə rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Vuçiç Çin lideri və Dövlət Şurasının Baş naziri Li Tsyanla danışıqlar aparacaq.

Onun səfəri çərçivəsində 30-dan çox saziş, həmçinin Çin şirkətləri ilə bir neçə müqavilə imzalanacaq.

Mənbə: report.az

Xəbər lenti