IMG-LOGO

Deputat plastik əməliyyatdan sonra öldü

23 May 2026 13:40 2 baxış
IMG
2 0

Qazaxıstanda deputat Erbol Aytuov plastik əməliyyatdan sonra vəfat edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 66 yaşlı deputat mentoplastika (çənənin korreksiyası və bu nahiyədə artıq piy toxumasının götürülməsi) əməliyyatı üçün klinikaya müraciət edib.

Əməliyyat ilkin analizlərdən sonra keçirilib. Daha sonra məlum olub ki, tibbi müayinə tam şəkildə aparılmayıb. Pasiyentin qanında şəkərin səviyyəsi bu tip əməliyyatların məsləhət görülmədiyi həddi aşırmış.

Deputatın həyat yoldaşının sözlərinə görə, əməliyyat zamanı Erbol Aytuovun vəziyyəti qəfil ağırlaşıb, qan təzyiqi və şəkər səviyyəsi yüksəlib, bundan sonra insult baş verib. Kişi komaya düşüb və təxminən bir ay ərzində özünə gəlməyib.

Deputat öldü dünyadan xəbərlər plastik əməliyyat

Mənbə: lent.az

Xəbər lenti