IMG-LOGO

Masazırda AĞIR QƏZA: tam əzilmiş maşından sağ çıxarıldı - VİDEO

23 May 2026 12:05 2 baxış
IMG
0 0

Abşeron rayonu, Masazır qəsəbəsində ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106"  markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 26 yaşlı Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr yol qəzası FHN

Mənbə: lent.az

Xəbər lenti