IMG-LOGO

UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib

23 May 2026 11:03 4 baxış
IMG

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Sokotra adasından 200 dəniz mili qərbdə baş verən hadisə barədə məlumat verib.

"Report"un məlumatına görə, UKMTO bu barədə tankerin kapitanına istinadən bildirib.

"Tankerə göyərtəsində 5 nəfərin olduğu kiçik gəmi yaxınlaşıb. Gəminin silahlı mühafizəsi cəlb edildikdən sonra gəmi kursunu dəyişib. Hakimiyyət orqanlarının araşdırma apardığı müddətdə gəmilərə keçid zamanı ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd edilib.

Mənbə: report.az

Xəbər lenti