IMG-LOGO

Nyu-Yorkda barjada yanğın və partlayış baş verib, 16 nəfər xəsarət alıb

23 May 2026 04:52 3 baxış
IMG

ABŞ-nin Nyu-York şəhərinin gəmiqayırma zavodunda bir barjada yanğın və partlayış baş verib. On altı nəfər xəsarət alıb, onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə CBS telekanalı şəhərin Yanğından Mühafizə Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, Staten-Aylend dairəsindəki gəmiqayırma zavodundakı yanğın 50 dəqiqədən çox davam edib, sonra partlayış olub.

Qeyd olunur ki, 13 yanğınsöndürən, təcili tibbi yardımın iki işçisi və ətrafdan keçən bir nəfər xəsarət alıb.

Təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları partlayışın səbəbini araşdırmaq üçün hadisə yerinə gəliblər.

Mənbə: report.az

Xəbər lenti