Ağdamda heç olmasa bəzi xarabalıqlar var idi və orada vaxtilə bir şəhərin mövcud olduğunu təxmin etmək olurdu, amma Füzuli nümunəsində siz heç xarabalıq belə görə bilmirsiniz. Şəhər tamamilə yer üzündən silinmişdi.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Ağdamda yaşayış məntəqələrinin sayı 72, Füzulidə 60, Xocavənd rayonunda isə 83-dür.
"Ümumilikdə, demək istəyirəm ki, "Böyük Qayıdış" prosesi tam sürətlə həyata keçirilir. Hazırda 11 yaşayış kvartalı, 25 min mənzil və 1 864 fərdi yaşayış evi var. Bu üç rayonda artıq insanlar yaşayır və regional yenidənqurma ilə bağlı infrastruktur obyektləri yaradılıb".
Xüsusi nümayəndə qeyd edib ki, Ağdamda üç kənd və bir yaşayış massivi artıq istifadəyə verilib:
"Ümumilikdə, Ağdamda 7 min nəfər yaşayır. Füzuli və Xocavənddə isə birlikdə 3 min nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə, bu üç rayonda 13 min 700 nəfər yaşayır. Bu isə o deməkdir ki, insanlar geri qayıdır, yerləşdirilir, evlərdə və mənzillərdə yaşayırlar və cəmiyyətin məhsuldar təbəqəsinə çevrilə bilirlər".
Mənbə: report.az