IMG-LOGO

İspaniya futbolunda hakimlərin qiymətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək

22 May 2026 09:49 5 baxış
IMG

İspaniya futbolunda növbəti mövsümdən hakimlərin işinin qiymətləndirilməsi üçün süni intellektdən istifadə olunacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlamasında bildirib.

O, hakimlikdə süni intellekti tətbiq edəcəklərini söyləyib:

"İki əsas istiqamət tətbiq olunacaq. Birincisi hakimlərin işinin qiymətləndirilməsidir. Hər matçdan sonra komitə hakimliyin müxtəlif aspektlərini qiymətləndirən müşahidəçilərdən istifadə edir. Söhbət 30 müxtəlif meyardan gedir. Hazırda bunu insanlar edir, 20 müxtəlif hakim üçün 30 müşahidəçi var. Süni intellektin köməyi ilə biz ən azı 40% qərarların süni intellekt vasitəsilə obyektiv şəkildə qəbul edilməsinə imkan verəcək alət yaradırıq. Bütün matçlar əsasında sistem yaradılır və alqoritmlər formalaşdırılır. Süni intellekt hər şeyi təhlil edəcək və hakimin hansı məsələlərdə haqlı olduğunu göstərəcək. Biz prosesi daha obyektiv edirik".

X.Tebas hakimlərin təyinatı ilə bağlı da süni intellektdən yararlanacaqlarını vurğulayıb:

"Süni intellektin köməyi ilə komitəyə oyun üçün üç hakim namizədi təklif olunacaq. Mən insan intellektinə inanıram, lakin süni intellektin kömək etməli olduğu məsələlər var".

Mənbə: report.az

Xəbər lenti