IMG-LOGO

İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub

02 Mar 2026 23:30 4 baxış
IMG

ABŞ və İsrailə aid daha yeddi pilotsuz uçuş aparatı (PUA) İran səmasında məhv edilib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd olunub.

Bildirilib ki, son saatlarda vurulan dronlar "MQ-9", "Heron", "Hermes" və "Orbiter" növlərindən olub.

"Bu PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr bölgələrində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" , - bəyanatda bildirilib.

İran ordusunun məlumatına görə, bununla da vurulan PUA-ların ümumi sayı 29-a çatıb.

Xəbər lenti