IMG-LOGO

İndoneziyada silahlı separatçılar 8 mülki şəxsi qətlə yetiriblər

21 May 2026 08:16 3 baxış
IMG

Silahlı separatçıların İndoneziyanın şərqində həyata keçirdiyi hücum nəticəsində səkkiz mülki şəxs həlak olub.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, hadisə Dağ Papua əyalətinin Yahukimo rayonunda baş verib.

Vurğulanıb ki, hücum bölgədə fəaliyyət göstərən silahlı separatçı qruplar tərəfindən həyata keçirilib.

Mənbə: report.az

Xəbər lenti