IMG-LOGO

Moldova maliyyə dəstəyi olmadan üç illik islahat proqramı ilə bağlı IMF ilə razılığa gəlib

21 May 2026 07:49 3 baxış
IMG

Moldova Beynəlxalq Valyuta Fondu (IMF) ilə vəsait ayrılmasını nəzərdə tutmayan yeni üç illik əməkdaşlıq formatı barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, siyasət koordinasiya alətidir və struktur islahatlarını dəstəkləməyə, makroiqtisadi sabitliyin qorunmasına, böhranların qarşısını almağa və digər mənbələrdən yardım cəlb etməyə yönəlib.

Moldovanın Baş naziri Aleksandru Muntyanu bildirib ki, növbəti addım IMF İcraiyyə Şurasının razılaşmanı nəzərdən keçirməsi olacaq. Fondun hesablamalarına görə, Moldova iqtisadiyyatı 2025-ci ildə bərpa olunub, lakin artım enerji şokları və xarici qeyri-sabitlik səbəbindən məhdudlaşıb.

2026-cı ildə ÜDM artımının əvvəlki ildəki 2,4%-dən 1,5%-ə qədər yavaşlayacağı gözlənilir. Orta illik inflyasiyanın 8,1% olacağı proqnozlaşdırılır.

IMF qeyd edib ki, yeni proqram ölkənin iqtisadi dayanıqlığını gücləndirməli və 2030-cu ilə qədər Avropa Birliyinə qoşulma yolunu dəstəkləməlidir. Lakin Moldovanın perspektivləri əsasən Ukrayna və Yaxın Şərqdəki vəziyyətdən, o cümlədən enerji, yanacaq və gübrələrin yüksək qiymətlərinin təsirindən asılı olacaq.

Mənbə: report.az

Xəbər lenti