IMG-LOGO

Azərbaycan karateçiləri Moldovada keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar

20 May 2026 17:50 2 baxış
IMG

Azərbaycan idmançıları Moldovada təşkil olunan açıq beynəlxalq karate turnirində 11 medal qazanıblar.

"Report" Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz yarışı 8 qızıl və 3 bürünc medalla başa vurublar.

Turnirdə Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Karimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılardan Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə bürünc medala sahib olublar.

Mənbə: report.az

Xəbər lenti