IMG-LOGO

Ramil Cahangirov: Bərpa layihələri Qarabağda 8 şəhər və 100-dən çox kənddə həyata keçirilir

20 May 2026 17:50 3 baxış
IMG

Kompleks bərpa layihələri Azərbaycanın azad edilmiş ərazilərində artıq səkkiz şəhəri və 100-dən çox yaşayış məntəqəsini əhatə edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu gün irimiqyaslı bərpa işlərinin aparıldığı ərazilərin coğrafi miqyası Livan kimi bir dövlətin sahəsi ilə müqayisə oluna bilər.

"Biz bu ərazilərin inkişafının strateji yol xəritəsi kimi xidmət edən və bütün sonrakı proseslər üçün vahid çərçivə müəyyən edən Baş plan hazırlamışıq. Planlaşdırmanın növbəti səviyyəsi şəhər və kəndlər üçün master-planlar oldu. Hazırda onlar səkkiz şəhər və 100-dən çox kənd üçün təsdiqlənib və həyata keçirilir", - Dövlət Komitəsinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, belə bir layihələndirmə sisteminin tətbiqi regionun ən müxtəlif nöqtələrində bərpa işlərini paralel olaraq və temp itirmədən aparmağa imkan verir.

Onun sözlərinə görə, prosesin əlaqələndirilməsini təmin edən yerlərdəki altı xüsusi nümayəndəlik əsas rol oynayır. "Bu, ənənəvi yerli idarəetmə deyil. Bu, hər gün tikinti işlərinin getdiyi və insanların geri qayıtdığı bərpa şəraitində idarəetmədir", - o bildirib.

Mənbə: report.az

Xəbər lenti