IMG-LOGO

Rania Hedeya: Şəhərsalma fəaliyyətində parlamentlərin xüsusi rolu var

20 May 2026 15:57 4 baxış
IMG

Şəhərsalma və mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətdə parlamentlərin xüsusi rolu var.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb Dövlətləri üzrə Regional Ofisinin nümayəndəsi Rania Hedeya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusuna həsr edilmiş parlament üzvlərinin dəyirmi masasında deyib.

O qeyd edib ki, qlobal urbanizasiya və mənzil gündəlikləri yalnız qanunvericilik, hesabatlılıq mexanizmləri əsasında və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə real nəticə verə bilər:

"Torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, şəhərsalma, iqlim siyasəti və investisiyalarla bağlı əsas qərarverici orqan parlamentlərdir. Məcburi köçürmələr, yaşayış təhlükəsizliyi və sosial bərabərsizliklə bağlı problemlərin aradan qaldırılması üçün insan hüquqlarına əsaslanan yanaşma gücləndirilməlidir".

Mənbə: report.az

Xəbər lenti