IMG-LOGO

Mayın pensiya ödənişləri yekunlaşdırıldı

20 May 2026 14:31 3 baxış
IMG
3 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Pensiya

Mənbə: lent.az

Xəbər lenti