IMG-LOGO

Keniya rəsmisi: "Nayrobinin əhalisi gündüz 7 milyon, gecə 5 milyon nəfər olur"

20 May 2026 14:51 3 baxış
IMG

Keniyanın paytaxtı Nayrobi şəhərinin əhalisinin sayı gündüz 7 milyon nəfər, gecə isə 5 milyon nəfər olur.

"Report" xəbər verir ki, bunu şəhər hökumətinin spikeri Mauron Aqnes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, rəqəmlərin fərqli olmasının səbəbı odur ki, şəhərdə işləyən insanların çoxu mütləq şəkildə burada yaşamır: "Lakin onlar günlərinin 90 %-ni şəhərdə keçirirlər. Nayrobi bu gün Afrikanın ən sürətlə böyüyən şəhərlərindən biridir. Hər il kənd yerlərindən şəhərə minlərlə insan köçür. Onlar burada imkanlar axtarmağa, dolanışıqlarını təmin etməyə çalışırlar. Bu, təbii ki, mənzil tələbatı və infrastruktur baxımından böyük bir təzyiq yaradır. İndi isə biz şəhəri yenidən necə canlandıra biləcəyimizə dair planlar hazırlayırıq".

Qonaq əlavə edib ki, urbanizasiyanın zamanla artdığı nəzərə alınsa, iqlim dəyişikliyi də Nayrobiyə kifayət qədər ciddi təsir göstərir: "Təbii ki, Nayrobidə daşqınların baş verdiyi çox konkret ərazilər var. Həmçinin temperaturun yüksəlməsi, çirklənmə, eləcə də ekosistemlərimizə, xüsusən də çaylarımıza, bataqlıqlara və hətta yaşıl zonalarımıza olan təzyiq halları mövcuddur. Reallıq budur ki, əgər biz ucuz - müasir tələblərə uyğun mənsubiyyət baxımından əlçatan - lakin iqlimə davamlı olmayan mənzillər tikməyə davam etsək, yaxın gələcəkdə növbəti bir böhranla üz-üzə qalacağıq".

M. Aqnes vurğulayıb ki, Naytobinin demək olar ki, 60 %-i xarakter etibarilə qeyri-formal (gecəqondu tipli) ərazilərdir və bu qeyri-formal yaşayış məskənlərində aşağı və orta gəlirli şəxslər yaşayır: "Bizim 200-dən çox qeyri-formal yaşayış məskənimiz var və onlardan da ən böyüklərindən biri məhz Nayrobidə - Kiberadadır. Bura hazırda təkmilləşdirməyi və mövcud tələbləri qarşılaya biləcək əlçatan mənzillər inşa etməyi planlaşdırdığımız ərazilərdən biridir".

Mənbə: report.az

Xəbər lenti