İçərişəhəri unikal şəhər nümunəsi olaraq qoruduğumuz kimi, eyni zamanda son zamanlar müəyyən islahatlar da həyata keçiririk.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər regeneraziyası və turizm potensialı" adlı müzakirədə deyib.
Qoruq rəhbəri bildirib ki, bəhjs olunan islahatlar sakinlər arasında keçirilən sorğulara əsaslanır:
"Biz İçərişəhər sakinləri arasında sorğular keçirir, onların potensiallarını üzə çıxarmaq üçün müxtəlif müzakirələr aparırıq. Yəni sakinlər burada yaşaya-yaşaya nə kimi fayda verə bilər, nə edə bilər və sair. Eyni zamanda, sorğular əsasında bəlkə bizim görə bilmədiyimiz problemlərin olub-olmadığını da öyrənib sistemləşdirir, həllinə nail oluruq".
R.Mahmud həmçinin bildirib ki, sakinlərin etimadı bu kimi unikal şəhər nümunələri üçün əsas prioritetlər sırasındadır.
Mənbə: report.az