IMG-LOGO

Azərbaycanda daha iki nəfər dəm qazının qurbanı oldu

19 Jan 2026 12:02 4 baxış
IMG
0 0

Azərbaycanda daha iki nəfər dəm qazının qurbanı olub.

Lent.az xəbər verir ki, hadisələrdən biri Bakının Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Ağayev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Gədəbəy rayonunda 54 yaşlı qadın da dəm qazından boğulub.

Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. 

 

Hadisələr

Xəbər lenti