IMG-LOGO

Aleksandar Vuçiç: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

17 May 2026 18:16 4 baxış
IMG

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.

"Report" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.

"Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik", - deyə Prezident qeyd edib.

O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: "Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir".

A.Vuçiç əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Serbiya Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Xəbər lenti