IMG-LOGO

Mexikonun meri: Qadınların mənzilə əlçatanlığı olmadıqda, onların həyatı çətinləşir

17 May 2026 16:51 5 baxış
IMG

Qadınların mənzilə əlçatanlığı olmadıqda, onların həyatı çətinləşir.

"Report" xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində qadınların mənzil təhlükəsizliyinə həsr edilmiş sessiyada deyib.

O, dövlətin daha çox qayğı müəssisələri yaratmaq öhdəliyinə diqqət çəkib:

"İşləyən qadınların uşaqlarına qayğı göstərən müəssisələrin çoxluğuna çalışmalıyıq. Qadınların mənzilə əlçatanlığı olmadıqda onların həyat şəraiti çətinləşir. Digər tərəfdən, Meksikada qadınlar zorakılığa 80 faiz hallarda öz evlərində məruz qalırlar. Halbuki ev onlar üçün ən təhlükəsiz yer olmalıdır".

Mer çıxışının davamında beynəlxalq feminist sistemin qurulmasının vacibliyini vurğulayıb:

"Heç bir qız uşağı, heç bir qadın yaddan çıxmamalıdır. Bəşəriyyət beynəlxalq feminist sistemi qurmalıdır. 200 illik müstəqillik tarixində ilk dəfədir ki, Meksikanın prezidenti xanımdır. Bu o deməkdir ki, qadınların dövrü artıq gəlib çatıb".

Xəbər lenti