IMG-LOGO

Fələstin rəsmisi: "Bütün qurumların vahid platformada bir araya gəlməsi xüsusi əhəmiyyət kəsb edir"

17 May 2026 14:58 4 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bütün qurumların vahid platformada bir araya gəlməsi bəşəriyyətin gələcəyi və mənzil təminatı üçün xüsusi əhəmiyyət kəsb edir.

Bunu "Report"a açıqlamasında Fələstinin Su Təchizatı və Kanalizasiya İdarəsinin baş meneceri, Qlobal Su Operatorları Tərəfdaşlıq Alyansının (GWOPA) ərəb regionu üzrə üzvü Əkrəm Nassar bildirib.

Onun sözlərinə görə, forumda müxtəlif sektorların birgə təmsil olunması qlobal məsələlərin həllində mühüm rol oynayır: "Burada WUF13-ü təmsil etmək bütün tərəflər üçün çox vacibdir. Bu, təkcə yerli hökumətlə bağlı məsələ deyil. Bütün qurumların-yerli, dövlət, özəl və hətta məişət qurumlarının birliyi formalaşıb. Burada həmçinin mənzil məsələlərindən danışılır. Aydın məsələdir ki, mənzil bəşəriyyətin yaşaması üçün çox önəmlidir".

Ə. Nassar həmçinin Yer kürəsini qorumağın vacibliyini vurğulayıb: "Konfransın başlanğıcında göstərilən mahiyyət çox aydındır. İlk olaraq Yer kürəsini qorumağa çağırış edilir, sonra hər kəsin dəqiq ehtiyaclarını anlamaq və düzgün mövqe tutmaq üçün qarşılıqlı dəstək nəzərdə tutulur. Bu, təkmilləşməyə, inkişafa, materialların və məhsulların düzgün istifadəsinə kömək etmək, mənzil şəraitində həyat tərzini təmin etmək üçün məhsuldar olmaq deməkdir. Tam müasir, problemi olmayan ölkə yoxdur. Hər kəsin öz problemləri var. Biz problemləri birlikdə bölüşməklə, məsələni bir ölkədən digərinə ötürməklə həll etməyə çalışırıq. Beləliklə, bu, başqa bir yer üçün də nümunə, təkrarlanan model ola bilər. Ona görə də biz ilk növbədə birlikdə işləməliyik".

Xəbər lenti