Şəhər problemlərinin ayrı-ayrılıqda həlli mümkün deyil.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") Tərəfdaşlıqlar Bölməsinin nümayəndəsi Vicle Toujar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyasında bildirib.
"Kanalizasiya, nəqliyyat və digər kommunal xidmətlərlə bağlı problemlər bir-biri ilə sıx əlaqəlidir. Dayanıqlı şəhər inkişafına nail olmaq üçün yerli və regional hökumətlər, özəl sektor, akademik dairələr, gənclər və qadınlar arasında əməkdaşlıq genişləndirilməlidir. Su, sanitariya və nəqliyyat kimi sahələrdə müzakirə etdiyimiz problemlər bir-biri ilə bağlıdır və onları ayrı-ayrılıqda həll etmək mümkün deyil. Bu prosesdə hamının iştirakı vacibdir", - deyə o qeyd edib.