IMG-LOGO

Estoniya "yaşıl şəhərlər"in inkişafı üzrə qlobal tərəfdaşlıqda iştirak etməyə hazırdır

17 May 2026 12:53 4 baxış
IMG

Estoniya "yaşıl şəhərlər"in formalaşdırılmasına yönəlmiş beynəlxalq tərəfdaşlıqda fəal iştiraka hazırdır.

"Report" xəbər verir ki, bunu Estoniyanın İqlim Nazirliyinin yaşayış mühiti və dövri iqtisadiyyat məsələləri üzrə baş katibin müavini İvo Yaanisoo (Ivo Jaanisoo) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

"Estoniya BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Məskunlaşma Proqramının (UN-Habitat) birgə iştirakı ilə həyata keçirilən yenilənmiş "Daha yaşıl şəhərlər" tərəfdaşlıq proqramına fəal şəkildə qoşulmağı planlaşdırır", - baş katibin müavini vurğulayıb.

O qeyd edib ki, Estoniya 2050-ci ilə qədər iqlim neytralığına nail olunması yolunda qapalı dövri iqtisadiyyat konsepsiyasını əsas alət kimi irəli aparmağa ümid edir.

"Qlobal şəhər planlaşdırması təcrübəsi təbiətyönümlü həll yollarına, resurslardan səmərəli istifadəyə, həmçinin mövcud yaşayış fondunun sökülməsi əvəzinə modernləşdirilməsi və yenilənməsinə əsaslanmalıdır. Bu yanaşma zərərli emissiyaların həcminin azaldılmasına və şəhər ekosistemlərinin bərpasına yönəlib", - İ.Yaanisoo əlavə edib.

Xəbər lenti