IMG-LOGO

Liviya PPP mexanizmləri vasitəsilə "ağıllı şəhərlər"in tikintisinə investisiya yatırmağa çağırır

17 May 2026 12:03 4 baxış
IMG

Liviya beynəlxalq tərəfdaşları dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinə, "ağıllı şəhərlər"in tikintisinə və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına üstünlük verərək ölkənin inkişafına daha fəal investisiya yatırmağa çağırır.

"Report" xəbər verir ki, bunu Liviyanın mənzil tikintisi naziri Essam əl-Tamuni Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) nazirlərin dəyirmi masası zamanı bildirib.

"Biz səmimi qəlbdən inanırıq ki, PPP firavan şəhərlərə aparan real körpüdür. Biz hamınızı sadəcə dəstək olmağa deyil, həm də "ağıllı şəhərlər"in və dayanıqlı icmaların birgə tikintisi üçün mövcud imkanlardan yararlanmağa çağırırıq. Urbanizasiya binaların hündürlüyü ilə deyil, insan hüquqlarına riayət olunması ilə ölçülür. Buna görə də gəlin elə edək ki, fundamental hüquqların və dürüstlüyün təmin edilməsi bizim yolumuz, insan ləyaqəti isə əsas dəyərimiz olsun. Biz burada bəyan edirik: Liviya öz gələcəyini qurmaq üçün doğru yola qayıdır", - nazir vurğulayıb.

Xəbər lenti