IMG-LOGO

Robert Levandovski "Barselona"dan ayrılacağını açıqlayıb

16 May 2026 15:43 4 baxış
IMG

"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

"Report" xəbər verir ki, 37 yaşlı polşalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Kataloniya təmsilçisində oynadığı 4 mövsümdə 3 çempionluq yaşadığını bildirən təcrübəli forvard komandadakı missiyasının bitdiyini açıqlayıb və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, R.Levandovski 2022-ci ildən Kataloniya klubunda çıxış edir. O, "Barselona"nın heyətində keçirdiyi dörd mövsümdə 7 titul qazanıb. Üç dəfə İspaniya çempionu, üç dəfə İspaniya Superkuboku və bir dəfə İspaniya Kubokunun qalibi olan hücumçu "Barselona" forması ilə çıxdığı 191 matçda 119 qola və 24 məhsuldar ötürməyə imza atıb.

Xəbər lenti