Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif mayın 17-də Bakıda öz işinə başlayacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) qatılmaq üçün Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Baş nazir bu məqsədlə mayın 16-da Azərbaycana üçgünlük səfərə yola düşəcəyini də söyləyib.
Məryəm Nəvaz Şərif həmçinin WUF13-də Pəncabın əlçatan mənzil təminatı proqramını da təqdim edəcək.
O eyni zamanda Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, şəhər inkişafı, iqlim dəyişikliyinə qarşı dayanıqlılıq, turizm və Pəncab ilə Azərbaycan arasında investisiya imkanları sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.