IMG-LOGO

Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər

16 May 2026 10:29 2 baxış
IMG

Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər

Xəbər lenti