IMG-LOGO

ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq

16 May 2026 04:23 2 baxış
IMG

ABŞ Federal Prokurorluğu narkotik ticarəti şəbəkələri ilə əlaqəsi olduğu ehtimal edilən Meksika dövlət qulluqçularına qarşı terror təşkilatlarına kömək etməklə bağlı əlavə ittihamlar irəli sürmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) məlumat yayıb.

Müvafiq təlimatı iki gün əvvəl baş prokuror müavininin köməkçisi Aakaş Sinqh federal ittihamçılarla keçirilən müşavirə zamanı səsləndirib.

"Korrupsiyalaşmış dövlət məmurlarına qarşı ittiham aktlarının sayını üç dəfə artırmalıyıq. Əgər Meksika hökumətinin nümayəndələri üçün bu, hadisələrin arzuolunmaz inkişafıdırsa və onlar bizim hərəkətlərimizdən təhqir olunduqlarını hiss edirlərsə, dünyada heç nə məni bundan daha az maraqlandırmır. Əgər eyni zamanda biz onları naqolay vəziyyətə salıb utandırsaq, bu bizim üçün gözəl bir bonus olacaq", - Sinqh müşavirə zamanı bildirib.

"Antiterror qanunvericiliyinin tətbiqi Vaşinqtonun Meksikadan narkotik qaçaqmalçılığına qarşı yönəlmiş əməliyyatının əhəmiyyətli dərəcədə eskalasiyasından xəbər verir", - NYT vurğulayıb. Bu cür maddələr üzrə cəzalar 15 ilə qədər həbs təşkil edə bilər, cinayət insan ölümü ilə nəticələndiyi halda isə ömürlük həbsə qədər çata bilər.

"ABŞ bu alətdən danışıqlar prosesində Meksika tərəfinə təzyiq vasitəsi kimi istifadə etmək iqtidarındadır", - NYT diqqətə çatdırıb. Bununla yanaşı, nəşr qeyd edib ki, terrorizm ittihamı ilə axtarışa verilmək perspektivi narkokartellərlə əlaqəsi olan məmurları, həqiqətən, qorxuda bilər.

Xəbər lenti