IMG-LOGO

Baş nazirin evinə silahlı hücum edildi

01.04.2024 03:45 50 baxış
IMG

Naməlum şəxslər Liviyanın Baş naziri Abdel Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.

Lent.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum edən şəxslər dənizdən atəş açıblar. Tripolidəki binaya cüzi ziyan dəyib, itki yoxdur.

Qısa müddət ərzində hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Atışma zamanı Dbeybanın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur.

Hücum edənlərin kimliyi və hadisənin səbəbləri barədə məlumat hələlik açıqlanmır.

Xəbər lenti